Yuxuda Kəhrəba Görmək
Yuxuda kəhrəba görmək sari olmasi üzündən xəstəliyə
dəlalət edər. Az miqdarda kəhrəba görmək, zəhmət və çətinliklə əldə edilən mala
və böyük bir parça kəhrəba görmək, uzun sürən bir xəstəliyə işarədir. Bəzilərinə
görə , bir dənə kəhrəba aldığını görən, xəstə olar. Bir çox kəhrəba aldığını və
ya bir çox kehribara sahib olduğunu görən, çox çətinliklə pul qazanar. Bir
qadın kehribardan edilmiş boyunbağı taxdığını görsə, zəngin və lakin xasiyyətsiz
bir adamla evlənər. Bir rəvayətə görə də , uzun sürən bir xəstəliyə tutular.
Əlindəki kəhrəba salıb itirdiyini görən, xəstə isə yaxşılaşar. Zəngin isə
malının bir qisimini itirər. Kasıb isə çalışdığı halda bir sey qazana bilməz.
Yuxuda kəhrəba qırmaq, yandırmaq və ya satmaq, xəstə üçün şəfaya , malinin bir
qisminin əlindən çıxmasına dəlalət edər.